Qarabağ
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
"Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".
Publika.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:
Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.
Məlumata görə, Rusiya sülhməramlı kontingenti bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və biri əks istiqamətdə”.
Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:
Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 10 hektar ərazi, 3 km yol, 17 partlayıcı obyekt aşkar edilərək məhv edilib.
Bu günə kimi 1.900 hektar ərazi, 583 km yol, 1658 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.045 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
