Qarabağ
Bizim əsas hədəfimiz Qarabağı çiçəkləndirməkdir - Deputat
Ölkə Prezidenti bu dəfə Cəbrayıl və Zəngilana baş çəkdi. Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin bərpa olunması bu ərazilərə böyük qayıdışın ümid işığını birə-beş gücləndirmiş oldu. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesi daha da güclənəcək. Üstəlik, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin zastavalarının açılışı, Zəngilanda yeni məscidin təməlqoyma mərasimi, eləcə də Hava Limanının təməlinin qoyulması işğaldan azad olunmuş ərazilərdə paralel olaraq aparılan işlərin miqyasından xəbər verir.
Millət vəkili Naqif Həmzəyev Publika.az-a açıqlamasında söyləyib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qızları Leyla Əliyeva ilə işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər gerçəkləşdirirlər:
“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra işğal olunmuş ərazilərimizdən erməni faşistlərini, terrorçularını tamamilə çıxardı və ərazi bütövlüyümüz bərpa olundu. Hazırda bizim üzərimizə düşən əsas vəzifə Qarabağa qayıdış proqramını uğurla icra etməkdir. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirməkdir. Möhtərəm Prezidentimizin qətiyyəti və uzaqgörən addımları sayəsində bu proses sürətli şəkildə həyata keçirilir. Azərbaycan dost ölkələrdən olan şirkətləri bu prosesdə yaxından iştirak etmək üçün cəlb edib”.
Deputat vurğulayıb ki, ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı müxtəlif təməlqoymalarda iştirak edir, ümumi layihələrin hazırlanması üçün işin gedişatına birbaşa nəzarət edir:
“Cənab Prezidentin növbəti səfəri zamanı Cəbrayıl və Zəngilan ərazisində müxtəlif təməlqoyma mərasimləri oldu. Burada həyatı yenidən bərpa etmək üçün müxtəlif işlər görülür. Xüsusilə, Zəngilanda yeni Hava Limanının təməlinin qoyulması həmin ərazidə həm turizm potensialının, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Zəngilandan Naxçıvana keçəcək dəmir yolunun, həmçinin avtomobil yolunun təməli qoyuldu. Qısa müddətdə bu layihələr də tamamlanacaq”.
Millət vəkili əlavə edib ki, Prezidentin əsas tapşırıqlarından biri bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini həyata keçirməkdir:
“İlkin olaraq Zəngilanda “ağıllı kənd”in bünövrəsi qoyuldu. Düşünürəm ki, bu, çox düzgün və yerində atılmış bir addımdır. Təəssüf ki, 30 illik işğal dövründə Azərbaycanın dini və mədəniyyət abidələri digər yaşayış binaları kimi dağıdılıb, viran qoyulub. Cənab Prezidentin göstərişi ilə bütün mədəniyyət abidələrimiz bərpa olunacaq. Xüsusən bizim dini inanc yerimiz olan məscidlərin bərpasına çox böyük diqqət ayrılır. Qədim Zəngilan məscidinin də bərpası üçün lazımi göstərişlər verildi. İnşallah, düşünürük ki, tezliklə orada, həmin məsciddə namaz qıla biləcəyik. Eyni zamanda, burada ən incə məqam ondan ibarətdir ki, Azərbaycan Sərhəd Qoşunları öz hərbi hissələrini, zastavalarını işğaldan azad olunmuş bu ərazilərimizdə də yerləşdirirlər. Sərhədimiz tam nəzarətdədir. Bizim əsas hədəfimiz qısa müddətdə Qarabağı çiçəkləndirməkdir. İşğaldan azad olunmuş ərazilərdə 30 il əvvəlki qaynar həyatı bərpa etməkdir. Cənab Prezidentin qətiyyəti buna tam imkan verir. İnşallah, tezliklə soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Orada müasir dövrün tələblərinə cavab verən infrastruktur bərpa olunacaq və həyat canlanacaq”.
Tural Turan
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı