Qarabağ
Paşinyan Qarabağ danışıqlarının DETALLARINI AÇDI: 5 il qabaq...
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağla bağlı danışıqların detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan Sərkisyanın prezident olduğu vaxt Minsk qrupunun həmsədrlərinə məktub ünvanladığını, azərbaycanlı əhali ilə bağlı fikirlərini dilə gətirdiyini deyib.
“Danışıqlarla bağlı sənədlər arasında Sarkisyanın vasitəçilərə məktubu var. Məktubda bildirilir ki, bütün əhalinin iradəsini azad nümayiş etdirmək imkanları olmalıdır. Sərkisyanın narahatlığı Dağlıq Qarabağın əhalisi olaraq nə qədər azərbaycanlının sayılacağı idi. Sual yaranır ki, Dağlıq Qarabağın əhalisi olmaq üçün bu azərbaycanlılar orada yaşamalı deyildilər?”, - Paşinyan bildirib.
N.Paşinyan Sərkisyana detalları açdığı üçün təşəkkür edib.
Paşinyan bir neçə ay əvvəl Şuşaya azərbaycanlıların qayıtması gərəkdiyini deyəndə keçmiş hökumətin bunu təkzib etdiyini bildirib: “Məsələ azərbaycanlıların, Dağlıq Qarabağın əhalisinin harada yaşayacağı idi? Mən ümid edirəm ki, hər kəs bu sualın cavabını başa düşür”.
O, Qarabağla bağlı danışıqların məzmunu və məntiqinin 2015-2016-cı illərdə dəyişdiyini deyib.
“Serj Sərkisyandan aprel döyüşləri ilə nəticələnən 2015-cı ilin payızı, eyni zamanda 2016-cı ilin qışındakı hadisələr barədə danışmalıdır. Bunu təsdiqləyən sənədlər, danışıqların protokolları var. Mən bu sənədlərlə 2018-ci ildə işləmişəm. Bəlkə də bu dövrdə vasitəçilərin Azərbaycanın mövqeyini müdafiə edəcəkləri aydınlaşacaq? Madrid prinsipləri sadəcə sərgi-görüntü idi, onun çərçivəsində digər proseslər gedirdi”, - Paşinyan deyib.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

