Qarabağ
Bu, Azərbaycan tərəfinin Ermənistana jestidir - Musabəyov
“3 erməninin qaytarılması Azərbaycan tərəfinin Ermənistana jestidir. Bunun səbəbləri də məlumdur. Təhqiqat aparılıb, məlum olub ki, bu 3 nəfər Azərbaycan ərazisində cinayət törətməyib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, məqsəd ondan ibarətdir ki, ermənilər 62 nəfər diversanta görə hay-küy qaldırıblar, məram müəyyən mənada həmin hay-küyü aşağı salmaqdır: “Bu həm də ilk növbədə Rusiyaya bir jestdir. Rusiyalı general Bakıya gəlmişdi. İkinci dəfə onu əliboş göndərmək istəmirdilər. Ona görə də bu üç nəfəri azad etdilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfəri gözlənilir. Ermənilər bu səfər zamanı zarımağa başlayacaqdılar. Ona görə də Lavrov onların ağzını yummaq üçün nəsə “atmalı” idi. Bu üç nəfərin qaytarılması müəyyən mənada Lavrovun İrəvandakı missiyasını yüngülləşdirəcək. Ancaq əsas məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazilərində qalan hərbçilərini də buradan çıxarmalıdır”.
Rasim Musabəyov bildirib ki, erməni hərbçilər tam şəkildə Azərbaycan ərazisindən çıxmalıdır və bu günə qədər Ermənistan bununla bağlı heç nə etməyib:
“Əgər bu baş verməsə, Azərbaycan digər “hərbi əsirləri” qaytarmayacaq. Azərbaycan onları diversant kimi qiymətləndirir. Çünki onlar müharibənin bitməsindən 16 gün sonra Azərbaycan ərazisinə daxil olublar. Orada bir sıra təxribatlar törədiblər. Bakı onları üçtərəfli sazişə əsaslanaraq qaytarmağa məcbur deyil. İkincisi, İrəvan öhdəlik götürməlidir ki, əlisilahlı Ermənistan vətəndaşları bir də Azərbaycan ərazisinə soxulmayacaqlar”.
Deputat hesab edir ki, bütün bunlar baş vermədən ermənilərin “hərbi əsir” adlandırdıqları diversantları, terrorçuları Bakı geri qaytarası deyil:
“Üçüncüsü, İrəvan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə geri qaytarmalıdır. Bir çox hallarda düşünürəm ki, ermənilərin heç minaladıqları ərazilərlə bağlı düz-əməlli xəritələri də yoxdur. Ancaq bununla bağlı nələri varsa, verməlidirlər. Əgər onu da verməsələr, Azərbaycanın qarşılıqlı addım atmaq üçün hər hansı əsası qalmır. Bunlar olmasa, Bakı digər məsələlərdə də həvəs göstərməyəcək. Sergey Lavrov İrəvandan sonra Bakıya da gəlməlidir. O, “hərbi əsirlər” barəsində ağzını açanda bizim diplomatlar desin ki, bir hissəsini göndərmişik”.
Tural Turan
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi