Qarabağ
Tarix boyu öz humanist baxışımızla diqqəti cəlb etmişik - Deputat
“Bir xalq olaraq tarix boyu öz mədəniyyətimiz, tariximiz və dünyaya olan humanist baxışımızla diqqəti cəlb etmişik”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, heç bir zaman kimsənin torpağında gözümüz olmayıb:
“Ermənistan, ona havadarlıq edən dövlətlər Azərbaycan torpaqlarının işğal olunmasında maraqlı idilər. Axıra qədər də bu marağı güddülər. Azərbaycan isə öz haqqını özünə qaytarmaq üçün ədalətli Vətən müharibəsini apardı. 44 günlük müharibədə nə lazımdırsa, onu da etdi. Müharibədən, yəni 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra da Ermənistan tərəfinin Azərbaycana qarşı terrorçu hərəkətləri üzə çıxdı. Azərbaycan həmin təxribat və diversiya hərəkətlərinə yerindəcə cavab verdi. Bu gün ermənilərin gur-gur bağırmalarına baxmayaraq, sonradan əsir götürülənlər hərbi əsir deyillər. Onlar terrorçu dəstənin üzvləridir. Ona görə də həmin adamlar həbs olundular. Öz cəzalarını almalıdırlar”.
Deputatın sözlərinə görə, Vətən müharibəsinin müzəffər komandanı Prezident İlham Əliyevdir:
“Ermənistan mətbuatında nələrin yazılmasından asılı olmayaraq, Azərbaycan tərəfi hər şeyi yaxşı bilir. Bəli, 3 erməni əsirin qaytarılması humanist addımdır. Bu, birmənalı qəbul olunmalıdır. Ancaq bunun müqabilində Azərbaycan nə əldə edəcək? Onu da bir azdan biləcəyik. Bütün bunlar onu göstərir ki, hələ qarşıda çoxlu müzakirə olunacaq məsələlər var. Razılaşdırılmasına ehtiyac duyulan danışıqlar mövcuddur. Təbii ki, Azərbaycan tərəfi bu 44 günlük müharibənin qalibi olduğu kimi, bu danışıqların da qalibi olacaq. Sonrakı proseslərdə bağlanan müqavilənin də qalibi məhz Azərbaycan olacaq, buna heç kimin şübhəsi yoxdur. Ən nəhayət, Azərbaycan nəyi istəyirsə, nə haqqdırsa, düzdürsə, onu da erməni tərəfinə diktə edəcək. Bir daha deyirəm, buna heç kimin şübhəsi olmasın”.
Tural Turan
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO







































