Qarabağ
Şuşa regionun ən gözəl şəhərinə çevriləcək - Deputat
"Hər bir azərbaycanlının qəlbində yara salmış 8 may tarixini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərimiz 8 noyabr Qələbə tarixi ilə əvəzlədi. Son 28 il ərzində Şuşanın işğal olunduğu günü xalqımız matəm günü olaraq qeyd edirdi. Etiraf edim ki, ertəsi gün - 9 may 2-ci Dünya müharibəsində faşizmə qarşı əldə olunmuş qələbə günündə təzadlı hisslər yaşayırdıq. Həmin müharibədə əldə olunmuş qələbədə Azərbaycan xalqının payının həlledici olmasına baxmayaraq, Şuşanın işğalı ilə barışa bilməyən vətəndaşlarımız ürəkdən sevinc hissi yaşamırdı".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, zaman dəyişdi:

"8 noyabr günü Prezident İlham Əliyev Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarının qarşısında tarixi çıxışını etdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Ölkə başçısının sözü ilə əməli hər zaman üst-üstə düşüb. 200 illik problemi cəmi 44 gün ərzində həll etmək dünya tarixində nadir şəxslərə qismət olub. Şübhə yoxdur ki, müharibədə olduğu kimi, bərpa işlərinin də ən yüksək sürət və keyfiyyətlə icrasını təmin edəcək".
Deputat qeyd edib ki, 30 ildən sonra heç bir halda Azərbaycanla Ermənistanı müqayisə etmək mümkün deyil:
"İşğaldan azad olunmuş şəhər və kəndlərdən, eyni zamanda Ermənistan ərazilərindən nümayiş olunan videokadrlar real vəziyyəti tam çılpaqlığı ilə göstərir.
Müharibədən az vaxt keçməsinə baxmayaraq, Şuşada genişmiqyaslı infrastruktur layihələri icra olunur, tarixi abidələrdə bərpa, restavrasiya işləri aparılır. Yaxın zamanlarda Şuşanın tarixinin qorunması şərti ilə ən müasir standartlara cavab verən yeni tikililərlə zəngin, regionun ən gözəl şəhərini görəcəyik. Şuşa ilə paralel olaraq digər şəhər və kəndlərin də bərpası dünya ictimaiyyətinə hər iki millətin nəyə qadir olduğunun ən gözəl sübutu olacaq".
Tural Turan
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək







.png)
































