Qarabağ
Şuşa əvvəlki əzəmətinə qayıdacaq – Deputat
Şuşa təkcə Azərbaycanın yox, dünyanın nadir şəhərlərindən biridir. O, dağların başında bir mədəniyyət incisidir. Ümumiyyətlə, Şuşanın Azərbaycan üçün özəl əhəmiyyəti var. Düşmən 1992-ci il mayın 8-də Şuşanı işğal etməklə Azərbaycana çox dərin yaralar vurmuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu şəhəri qəhrəmancasına döyüşərək düşmən tapdağından azad etdi. Qəhrəman əsgərlərimizin əsl igidlik salnamələri yazaraq Şuşanı azad etməsi artıq bir dastana, şərəfli tariximizə çevrilib.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili qeyd edib ki, buna görə Ali Baş Komandanımıza, şanlı, müzəffər ordumuza və bütün xalqımıza böyük təbriklər düşür:
“Bu, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Artıq biz 8 noyabrı bayram kimi qeyd edirik. Cənab Prezidentin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı sərəncamı bizim üçün xüsusi önəm daşıyır. Bu yolla biz bir növ bütün dünyaya bəyan edirik ki, bu şəhər bizim üçün nə qədər əzizdir, doğmadır. Şuşa mədəniyyətimizin beşiyi sayılır. Hər bir azərbaycanlının Şuşaya münasibəti daha özəl və fərqlidir. Bizi ona daha çox mənəvi tellərimiz bağlayır.
Cənab Prezident bu sərəncamla Şuşanın bizim üçün nə demək olduğunu bütün dünyaya göstərmiş oldu. Təbii ki, biz 8 may tarixini də unutmalı deyilik. Bu, bizim qan yaddaşımızdır. İnsanlarımız o vaxt Şuşa uğrunda döyüşlərdə şəhid oldular. Şuşanı qorumaq üçün çalışan insanlarımızın da sayı az deyildi. Ancaq çox təəssüf ki, o vaxt Şuşa işğal olundu. Biz o tarixi unutmamalıyıq. Bir də belə halların təkrarlanmaması üçün yaddaşımıza həkk etməliyik. Həmin tarix qan yaddaşı kimi yadımızda qalmalıdır. Eyni zamanda, biz indi irəli baxırıq. Biz artıq Şuşanı yenidən bərpa edirik. Şuşanı əvvəlki görkəminə qaytarmaq üçün işlər görürük. Cənab Prezidentin xüsusi diqqəti altında bu işlərə başlanılıb. Mən inanıram ki, yenidənqurma işləri uğurla sona çatacaq və Şuşa əvvəlki əzəmətinə, görkəminə qayıdacaq”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
