Qarabağ
32 ildən sonra yenidən Şuşada çıxış edəcəyik - Mənsum İbrahimov
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olub.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov deyib. Xanəndə bildirib ki, füsunkar təbiətinə görə Şuşa hər zaman Qarabağın incisi sayılıb:
“2020-ci ilin noyabr ayına qədər biz Şuşanın işğal gününü qəlbimizdən qara qanlar axa-axa yad edirdik. Biz Şuşasız Azərbaycanı təsəvvür edə bilmirdik. İnanırdıq ki, çox yaxın zamanlarda cənab Prezidentimizin apardığı siyasət nəticəsində Şuşa azad ediləcək. Və o gün gəlib çatdı.
Şuşanın Azərbaycan mədəniyyətindəki rolu hamıya bəllidir. Şərqin ilk operasını yazan dahi Üzeyir Hacıbəyli də bu torpaqda doğulub. Cabbar Qaryağdıoğlu, Seyid Mirbabayev, Xan Şuşinski kimi xanəndələr də Şuşa torpağının yetirməlidir. Saysaq çox uzun siyahı alınar.
Cənab Prezidentin Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə bağlı verdiyi sərancamın tarixi təsadüfi deyil. Bu, bizim üçün tarixi qərardır. Xalqımızın on illərlə gözlədiyi hadisə idi, bu gün biz bu hadisəni böyük sevinclə qeyd edirik. Şuşa artıq yenidən doğulmuş bir şəhərdir”.
Mənsum İbrahimov qeyd edib ki, yaxın günlərdə Şuşada “Xarı bülbül” festivalı keçiriləcək:
“32 ildən sonra Şuşada “Xarı bülbül” festivalının təşkil olunması tarixi hadisədir. Bu, həm də qonşumuza bir mesajdır ki, bu torpağın sahibləri artıq öz yurdlarına qayıdıb. Artıq o torpaqda biz yeni bir mədəniyyət qurub yaradacaq, həmçinin əvvəlki şöhrətini də özünə qaytaracağıq. Çox zamanında verilmiş qərardır, bunun üçün Ali Baş Komandana təşəkkür edirəm.
Festivala hazırlıqlar artıq başlayıb, hər şey yüksək səviyyədə aparılır. Yaxın vaxtlarda bütün Azərbaycan bu festivalı izləyəcək. Həm xalq musiqiləri, həm azsaylı xalqların çıxışları, həm də klassik musiqilər səsləndiriləcək. 32 ildən sonra biz ilk dəfə yenidən Şuşada çıxış edəcəyik, dədə-baba torpaqlarımız öz sahibinə qayıdıb, sözün əsl mənasında bu sevinc hissini yaşayırıq. Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
