Qarabağ
Şuşa 1992-ci ildə bu şəxslərin xəyanətinin qurbanı oldu - Deputat
“1990-cı illərin əvvəllərində ölkədə baş verən hadisələr, o cümlədən siyasi hakimiyyətə gəlmək məqsədilə ovaxtkı AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində bir sıra ərazilərimiz ermənilər tərəfindən işğala məruz qaldı. Şuşa şəhəri 1992-ci il mayın 8-də AXC-Müsavatın xəyanəti nəticəsində işğal olundu. Bununla bağlı tarixi faktlar var və o dövrdə olan şəxslər də bu məsələni açıqlayıblar”.
Bu fikirləri Publika.az-a danışan millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, 1992-ci ilin mart ayından başlayaraq müdafiə naziri işləyən Rəhim Qazıyevin özü də elə mənfur AXC-Müsavat cütlüyünün tör-töküntülərindəndir: “O zaman xəyanət yolunu tutanlar siyasi hakimiyyətə gəlmək məqsədilə Şuşanın işğalına səbəb oldular. Şuşanı işğal edənlər ermənilər idi, ancaq buna səbəb olanlar AXC-Müsavat, ovaxtkı Əli Kərimlilər, Rəhim Qazıyevlər oldu. Onlar şəhər işğal olunandan sonra öz məkrli, çirkin niyyətlərinə çatdılar və siyasi hakimiyyətə gəldilər. Ondan sonrakı mərhələdə bir neçə gün sonra Laçın da xəyanətin qurbanı oldu və işğala məruz qaldı. Onların bu xəyanəti təkcə ölkənin ovaxtkı siyasi rəhbərliyinə qarşı deyildi. Bu xəyanət bütövlükdə Azərbaycan xalqına, müstəqilliyimizə, dövlətçiliyimizə qarşı olan bir xəyanət idi. Çox təəssüf ki, həmin xəyanətkarlar bu günə qədər də öz xəyanətkar missiyalarını utanmadan davam etdirirlər”.
C.Osmanov qeyd edib ki, Şuşa 28 il sonra işğaldan azad olundu və işğalın 29-cu ildönümünü, 8 may tarixini “Azad Şuşa” günü kimi qeyd edirik: “Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində - noyabrın 8-də Şuşa işğaldan azad olundu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, ordumuzun qorxmazlığı, rəşadəti, mərdliyi nəticəsində Şuşa azad olundu. Həm də qısamüddətli döyüşlərdə. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız, o cümlədən Şuşanı işğaldan azad edən igid və qəhrəman zabitlərimiz çalışdılar ki, şəhərin gözəlliyi qorunub saxlanılsın və buna nail oldular. Şuşanın işğaldan azad olunması bu gün dünyada çox böyük bir möcüzə olaraq qiymətləndirilir. Çünki həmin döyüşlərdən danışılanda dünyanın aparıcı ölkələri ona həsrətlə qulaq asıb izləyir və öz ölkələrində bunu tətbiq etməyə çalışırlar.
Cənab Prezident 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması günü Azərbaycan xalqına müjdəni verərkən qeyd etdi ki, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Ölkə başçısı həmin gün Şəhidlər Xiyabanını, ulu öldər Heydər Əliyevin məzarını ziyarət etdi. Şuşanın azad olunması qələbəmizin rəmzinə çevrildi. Şuşa əbədi olaraq Azərbaycanın olacaq”.
Akqabay Mıradov
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO