Qarabağ
Laçınlılar qayıtdıqdan sonra oranı cənnətə çevirəcəklər – RƏY
Bu gün Laçının işğal günüdür. 1992-ci ilin yazında, Şuşanın işğalından cəmi 10 gün sonra Laçın rayonu erməni terrorçu birləşmələri tərəfindən işğal edildi. 28 il ərzində düşmən tapdağında inildədi. Ötən ilin 1 dekabrında isə bir güllə atılmadan azad olundu. Şübhəsiz ki, bu, 44 günlük müharibədə düşmənin acı məğlubiyyətindən sonra baş verdi.
Əvvəlki illərdən fərqli olaraq builki anım günü fərqli ab-havada qeyd olunur.
Prezident İlham Əliyev düşmən tapdağından qurtulan Laçına getdi, yenidənqurma işlərinə start verdi. Laçınlılar isə 28 illik həsrətdən sonra tezliklə öz yurd-yuvalarına qayıtmağı gözləyirlər.
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, hazırda Azərbaycan xalqının qarşısında “Böyük qayıdış” planını sürətlə həyata keçirmək kimi bir məsələ durur:

“Mən əminəm ki, bizim xalqımızın qüdrəti nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri həyata keçiriləcək. Böyük inşa işləri gerçəkləşdiriləcək. Laçınlılar öz yurd-yuvalarına qayıdacaqlar. Onlar öz doğma yurdlarında vətənin gücünün hesabına yenidən bu rayonu bir cənnət bölgəsi kimi inkişaf etdirməyə çalışacaqlar. Qarabağ Azərbaycandır! Laçın da bu bölgənin ən gözəl guşələrindən biridir”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
