Qarabağ
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
Yaxın zamanlarda Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri sahəsində layihələr elektrik enerjisinə tələbdən asılı olaraq hazırlanacaq:
"Azad edilmiş ərazilərdə aparılan monitorinq zamanı külək enerjisi sahəsində ən böyük potensialın Laçın və Kəlbəcərdə olduğu müəyyən edilib. İlkin araşdırmalar göstərib ki, müəyyən ərazilər küləyin sürəti və istiqaməti baxımından külək elektrik stansiyalarının tikintisi üçün uyğundur. Həmin ərazilərdə küləyin orta sürəti saniyədə 12 metrə çatır ki, bu da beynəlxalq standartlara görə, stansiya tikintisi üçün əlverişli hesab olunur".
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.
"Azad edilmiş ərazilərdə külək enerji potensialından səmərəli istifadə üçün enerji idarəetməsinə müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanması planlaşdırılır. Bundan başqa, layihə çərçivəsində bu sahədə beynəlxalq təcrübənin və elektrik enerjisinə tələbin öyrənilməsi nəzərdə tutulur". (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
