Qarabağ
Cəbrayıla yeni suvarma kanalı çəkiləcək
İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisindəki "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları vasitəsilə Cəbrayılın su təminatı yaxşılaşdırılacaq.
Publika.az xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
O qeyd edib ki, Xudafərin su anbarının 1 milyard 600 milyondan çox su tutumu var: "Ondan 13 km aşağıda "Qız Qalası" su anbarı var, onun tutumu 62 milyon kubmetrdir. Burada elektrik enerjisinin istehsalı da nəzərdə tutulur. Azərbaycan tərəfindən 100 meqavat enerjinin "Xudafərin" su anbarı üzərində, 40 meqavat enerjinin isə "Qız Qalası" su anbarı üzərində istehsalı nəzərdə tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün çox önəmlidir. "Xudafərin" su anbarı tikilib başa çatandan sonra 250 min hektardan çox sahənin su təminatı yaxşılaşacaq".
R.Aslanov həmçinin yeni su kanalının çəkiləcəyini də deyib: " "Qız Qalası" su anbarından 50 kubmetr saniyədə tutumu olan yeni kanalın çəkilməsi nəzərdə tutulur. Bununla da Cəbrayıl rayonu ərazisində 12 min hektar sahədə suvarma həyata keçiriləcək".
Akqabay Mıradov
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ









.jpg)




























