Qarabağ
"Ermənilər uşaqları nasist kimi böyüdürdü" - İşgəncə verilən şəxs
Təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər. Hər ikisi Azərbaycan dilini bilirlər. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər".
Publika.az xəbər verir ki, bu sözləri birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində baş tutan iclasda çıxış edən zərərçəkmiş, Beyləqan rayon sakini Cavid Hüseyn bildirib.
O, daha sonra ifadəsində qeyd edib: "Sonradan onlara məlumat gəldi ki bizi dəyişəcəklər. Bizi əvvəlcə bizi Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda bizi dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir yoxsa sizin? Mən cavab verdim ki Qarabağ bizimdir . Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra Yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi bizə baş çəkməyə. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar".
Cavid Hüseyn bildirib ki, Şuşa Həbsxanasında olanda uşaq bağçalarına uşaqları gətirib və həmin uşaqlara əsirləri onlara göstəriblər: "Dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanada olanda bunlar türməyə qız gətiridilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər".
Cavid Hüseyn bildirib ki, ona işgəncə verən Mkrtçyanın əlinin üstündə LMN yazısı var idi. Prokuror həmin faktın müəyyən olunmasını məhkəmədən xahiş edib. Bu baxış zamanı da təstiqləndi.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?








.jpg)

.png)
















.jpg)
.jpg)






