Qarabağ
Xarici diplomatlar Şuşada
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşa şəhərinə gəliblər.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səfər çərçivəsində xarici diplomatlar bir sıra tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan Qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini, Qazançı kilsəsi və digər məkanları ziyarət edəcəklər.
Qeyd edək ki, Şuşaya gəlməzdən əvvəl Füzuli rayonunda olan diplomatlar beynəlxalq hava limanının tikintisinin gedişi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.
xxx
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dək nümayəndəsinin iyulun 9-da Ermənistanın işğalından azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Səfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında təşkil olunub.
Publika.az xəbər verir ki, səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.
Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, “Füzuli” yarımstansiyasına baş çəkəcəklər. Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)




.jpg)

























