Region
Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
Rusiya ilə qonşu ölkələrdə rusların gəlişi səbəbindən kirayə qiymətləri artıb.
Publika.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Ermənistanda artan tələbat səbəbindən ən bahalı və nadir kirayə bazarı yaranıb. Ruslar əsasən İrəvana köçürlər, lakin Rusiyada yaşayan ermənilər də oraya qayıdaraq hərbi xidmətdən yayınmağa çalışırlar.
Gürcüstan və Ermənistanda kirayə qiymətləri bu yay illik müqayisədə 20-30% artıb.
İrəvanda iki yataq otaqlı mənzilin aylıq kirayəsi hazırda 800-900 avro arasında dəyişir. Rusiya vətəndaşları Ermənistana vizasız girişdən istifadə edirlər və bu da onlara bir il ərzində ölkədə 180 günə qədər qalmağa imkan verir.
Ermənistanda ev sahibləri həmçinin kirayə qiymətinə 10% vergi də daxil edirlər və indi icarə müqaviləsini kadastr reyestrində qeydiyyata alarkən bu vergini ödəməli olurlar.
Ermənistanda orta nominal əmək haqqı ayda 320.763 dram (təxminən 790 avro) təşkil edir və bir sıra sektorlarda - İT, maliyyə və mədənçilikdə xeyli yüksəkdir.
Ermənistan Kadastr Komitəsinin 2026-cı ilin avqust ayı üçün rəsmi hesabatına görə, İrəvanda çoxmənzilli binalarda mənzillərin orta bazar qiymətləri əvvəlki aya (2026-cı ilin iyul ayı) nisbətən 2,9%, ötən ilin avqust ayı ilə müqayisədə isə 23,5% artım təşkil edib.
Ermənistanda əcnəbilər tərəfindən həyata keçirilən bütün əməliyyatların təxminən 72%-i Rusiya Federasiyası vətəndaşlarının payına düşür.
Kadastr Komitəsinin 2026-cı ilin avqust ayına olan rəsmi məlumatlarına görə, xarici vətəndaşlar Ermənistanda 506 daşınmaz əmlak alqı-satqısı əməliyyatında iştirak ediblər ki, bu da ölkədəki bütün əməliyyatların ümumi həcminin 7,6%-ni təşkil edib.
Paytaxt xarici alıcılar üçün əsas iqtisadi cəlbedici mərkəz olaraq qalır: bütün alışların 70,2%-i (177 əmlak) İrəvanda həyata keçirilib.
Müəllif: Tural
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







































