Qarabağ
Avdeyevin Muradovdan fərqli olacağını demək... - Şərh
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub. Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub. Bu, Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, önəmli olan sülhməramlılara komandanlıq edənin harada doğulduğu və isminin Rüstəm olması deyil:
“Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Əgər Moskvadan “erməni separatçılarının liderilə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycanın iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

