Qarabağ
Bu qələbə tariximizə qızıl hərflərlə yazılıb - Deputat
“Bu gün torpaqlarımızın azad olunması və qələbəmizə doğru ilk addımların atılmasından 1 il ötür”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etdi: “Biz bu haqq yoluna 27 sentyabrda qədəm qoyduq və sonda qələbə qazandıq. 1 il əvvəl müharibə başlayanda biz cəbhədən qələbə xəbərləri gözləyirdik. Hər gün gələn müjdəli xəbərlərlə daha da sevinirdik. Hər gün Prezident İlham Əliyev tərəfindən torpaqlarımızın işğaldan azad olunması barədə müjdələr alırdıq”.
E.Məmmədov vurğulayıb ki, bu şanlı qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalına son verib, torpaq bütövlüyümüzü bərpa etdi. 27 sentyabrda ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Vətənimizin qəhrəman oğulları Qarabağ torpağını qarış-qarış separatçı dəstələrdən təmizləyərək işğaldan azad etdi. Müharibənin ilk günündən Ermənistan tərəfi mülki əhalini hədəf almağa başladı. Azəbaycan Ordusu isə yalnız hərbi hədəflərə atəş açaraq mülki əhaliyə atəş açan nöqtələri məhv etdi. Şanlı ordumuz 30 illik həsrətə 44 gün ərzində son qoydu. Torpaqlarımız uğrunda şəhid olan ordumuzun nümayəndələrini hörmətlə anırıq”.
Rahib Ələsgərov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
