Qarabağ
Bu səfər yaddaşlara həkk olundu - RƏY
"Ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş digər bölgələrdə olduğu kimi, Zəngilan səfəri də bir çox yeniliklərlə yaddaşlara həkk olundu. Qarabağda ilk olaraq Zəngilan rayonunda həyata keçirilən “ağıllı kənd” layihəsinin konturları görünür. Ən müasir şəhərsalma standartlarına və ekoloji tələblərə uyğun inşa olunan kənddə insanların yaşayışı üçün komfort şərait yaradılır. Düşünürəm ki, "Böyük qayıdış" çox yaxın zamanlarda məhz Zəngilandan başlayacaq və orada yaradılmış şərait digər bölgələrin məskunlaşmasını təşviq edəcək".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, haqqında bəhs olunan kəndin arxitekturası göz oxşayır:
"Nəzərdə tutulan aqrokompleks və digər sosial obyektlər əhalinin məşğulluq problemini həll edəcək. Beynəlxalq hava limanı, dəmiryolunun bərpası, yeni magistral avtomobil yollarının tikintisi Zəngilanı nəqliyyat qovşağına çevirəcək. 50 meqavat gücündə rəqəmsal yarımstansiya isə yaxın 35-40 il ərzində Zəngilanın elektrik enerjisinə olan tələbatını tam ödəyəcək. Qısa zaman kəsiyində inşa olunmuş və müasir silahlara, döyüş texnikasına malik sərhəd qoşunlarına məxsus hərbi hissə ilə tanışlıq təhlükəsizliyimizin etibarlı şəkildə qorunduğunun göstəricisidir. Zəngilan rayonu özünəməxsus təbii sərvətləri, çinar meşəsi, axar suları ilə məşhurdur. İşğal dövründə bütün bunlar ermənilər tərəfindən vəhşicəsinə talanıb, qızıl yataqları istismar olunub, çaylar çirkləndirilib. Ölkə başçısı vurulan zərərin ödənilməsi istiqamətində, ümumiyyətlə görülən işlər və qarşıda duran vəzifələr barədə Zəngilan sakinlərinə ətraflı məlumat verdi. Olduqca səmimi şəkildə keçən görüşdə zəngilanlılar Ali Baş Komandana müharibədə əldə etdiyi qələbəyə, doğma yurdlarına qayıtmaq imkanı qazandıqlarına, Azərbaycan insanının qürurunu bərpa etdiyinə görə xüsusi minnətdarlıqlarını bildirdilər. Artıq ənənə halını almış hər bir səfər yeniliklərlə, icra olunmuş infrastruktur layihələri ilə Azərbaycan xalqını və dostlarını sevindirir. Bədxahları isə heyrətləndirir. Azərbaycan xalqı öz hüquqlarının bərpası uğrunda döyüşməyi bacardığı kimi, bərpa-quruculuq işlərini də bacardığını dünyaya sübut edir. "Ağıllı kənd" layihələrinin icrası 21-ci əsrin tələbidir. Mərhələ-mərhələ "ağıllı kənd", "ağıllı şəhər" layihələri Qarabağın bütün bölgələrini əhatə edəcək. Daha sonra isə ölkənin digər regionlarına sirayət etməsi şübhəsizdir".
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
