Savaşın 26-cı günü: İranla sərhədboyu ƏRAZİLƏR...
Bizi izləyin

Qarabağ

Savaşın 26-cı günü: İranla sərhədboyu ƏRAZİLƏR...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

22 oktyabr 2020-ci il. Müharibənin 26-cı günü...

Saat - 08:48 - Düşmən Qubadlı istiqamətində vacib yüksəklik və mövqelərdən geri çəkildi

2021-ci il oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutdu. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edildi.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan oldu. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum oldu. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçdı.

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çox sayda itki verdi. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşdü, taborun qərargah rəisi isə məhv edildi. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli itki oldu.

Saat - 09:37 - Düşmən Füzulidəki mövqelərimizi artilleriyadan atəşə tutdu

Saat - 10:01 - Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raket atdı

2020-ci il oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutuldu. Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxıldı. Düşmənin raket hücumu nəticəsində tələfat olmadı.

Saat - 12:16 - Ermənilər Qəbələ-Bakı su kanalına HÜCUM ETDİ - YARALANAN OLDU

2020-ci il oktyabrın 22-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atdı. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldı, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəydi. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atdı, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşdü.

Saat - 12:57 - Naxçıvanda Ermənistanın hərbi texnikası MƏHV EDİLDİ

Saat - 13:53 - Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlandı

Saat - 14:18 - İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verdi

Saat - 17:33 - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın dinc əhalini hədəfə almasını pislədi

Saat - 18:33 - Daha bir neçə yaşayış məntəqəsi İŞĞALDAN AZAD OLUNDU

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Ötən ilin bu günü bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirdi.

Saat - 18:40 - Zəngilanın 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edildi

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Ötən ilin bu günü bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirdi.

Saat - 18:42 - İlham Əliyevdən QƏLƏBƏ TVİTİ

“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!” Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində qeyd etdi.

Saat - 19:12 - Ağbənd sərhəd zastavasına Azərbaycan bayrağı sancıldı

Saat - 20:36 - Ermənistana məxsus hərbi texnika və istehkam DARMADAĞIN EDİLDİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm