Savaşın 38-ci günü: Ordumuz düşməni DARMADAĞIN ETDİ
Bizi izləyin

Qarabağ

Savaşın 38-ci günü: Ordumuz düşməni DARMADAĞIN ETDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

3 noyabr 2020-ci il. Müharibənin 38-ci günü...

Saat - 07:46 - Düşmən darmadağın edildi, mövqelərdən GERİ ÇƏKİLDİ

2020-ci il noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam etdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edildi.

Saat - 08:49 - Ermənistan dövlət sərhədində atəşkəs rejimini YENƏ POZDU

2020-ci il noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutuldu.

Saat - 10:35 - İlham Əliyevlə Vladimir Putin Qarabağı müzakirə etdi

Saat - 11:00 - Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI

2020-ci il noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edildi.

Saat - 12:26 - Düşmən Füzulini “Smerç”lə atəşə tutdu

Saat - 14:23 - Prezident TVİT ATDI

Saat - 14:43 - Ordumuz Xankəndidə düşməni DARMADAĞIN ETDİ

Ötən ilin bu günü bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edildi.

Saat - 15:03 - Ermənilər Zəngilana hücuma keçdi, ordumuz daş üstündə daş qoymadı

Saat - 15:27 - Cəbhədə şiddətli döyüşlər: düşmən GERİ ÇƏKİLDİ

Saat - 15:45 - Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində döyüşlər davam etdi

Saat - 15:55 - Düşmən Ağdam və Ağcabədini atəşə tutdu

Saat - 16:17 - Düşmən Xocavənd istiqamətində DARMADAĞIN EDİLDİ: alay komandiri fərarilik etdi

Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edildi və döyüş texnikası sıradan çıxarıldı. Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum oldu.

Saat - 16:53 - Düşmənin tank komandiri məhv edildi

Saat - 17:00 - Ermənilər Tərtəri fosforlu mərmilərdən atəşə tutdu

Saat - 20:09 - Xocavənd ətrafında düşmən tankları parça-parça edildi

Saat - 21:36 - Erməni polkovnik MƏHV EDİLDİ

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edildi. Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan məhv edildi.

Saat - 23:00 - Xocavənd istiqamətində düşmən topları məhv edildi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm