Qarabağ
Şəhid Elmin Əlizadə dəfn edildi - (YENİLƏNDİ)
Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.
Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.
Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.
10:36
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilir.
Onun nəşi Mingəçevir şəhər "AzDRES" ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində ailəsinin yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, Ağdam və Mingəçevir şəhər icra hakimiyyətlərinin rəhbərliyi, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
xxx
10:45
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadənin nəşi bu gün ailəsinə təhvil verilib.
Publika.az report-a istinadla xəbər verir ki, onun nəşi Mingəçevir şəhər Az.DRES ərazisində məcburi köçkünlərin məskunlaşdığı Yeni həyat qədəbəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi keçirildikdən sonra onun nəşi Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Allah rəhmət etsin!
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





