Qarabağ
Onda hamı görəcək ki, orada insan yaşamayıb... - Deputat
"1940-cı illərdə SSRİ ilə Finlandiya arasında müharibə gedərkən yerli əhali şəhər və kəndləri ruslara təhvil verməyə hazırlaşırdılar. Orada yaşayan vətəndaşlar təmizlik işləri aparıb, evlərini səliqəli hala salmağa başlayırlar. Bunu görən avropalı jurnalistlər onlardan niyə bunu etdiklərini soruşur. Həmin ərazidə yaşayan bir qadın jurnalistlərin sualına "onlar görsün ki burada insanlar yaşayıb" deyə cavab verir. Ermənilərdə bu xüsusiyyət yoxdur".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, vandallıq separatçıların xislətində olan bir xüsusiyyətdir:
"Onlar birinci Qarabağ müharibəsində və Vətən müharibəsindən sonra Kəlbəcərdən çıxarkən də həmin əraziləri xüsusi vəhşilklə dağıtmışdılar. Ermənilər bir çox ərazidə ağacları kəsib, evləri yandıraraq oranı tərk etdilər, hətta heyvanları belə güllələdilər. Azərbaycan hərbi komandanlığı bu məsələlərdə Rusiya sülhməramlıları və ermənilərə ciddi xəbərdarlıq etməlidir".
N.Məhəməliyev vurğulayıb ki, ermənilər Laçından çıxarkən müəyyən təxribatlar törədə bilər: "Ermənilər Kəlbəcərdən çıxarkən həmin ərazilərini minalamışdılar. Bunun nəticəsində xeyli əsgərimiz minaya düşərək həlak oldu. Belə hadisələrin olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Həmçinin bu faktları nümayiş etdirərək sülhməramlılara və ermənilərə xəbərdarlıq olunmalıdır. Əgər belə hadisələr təkrarlansa, separatçılara çox ağır cavab veriləcək. Xəbərdarlıq edilməsə, onlar istənilən təxribatı həyata keçirəcəklər. Azərbaycan Ordusu baş verə biləcək bu cür hadisələrə hazırlıqlıdır. Ermənilər üzərlərinə düşən məsuliyyəti başa düşməlidirlər. Əgər orada bir ağac kəsilib, evlər yandırılarsa, onlar üçün heç də yaxşı olmayacaq. Onlar 30 ildir ki, həmin ərazilərdə yerləşiblər. Ancaq orada indiyə qədər heç bir mina olmayıb. Azərbaycan ötən günlərdə Qisas əməliyyatı keçirib, şəhidimizin qanını yerdə qoymadı. Separatçılar olanlardan özlərinə dərs çıxarmalı, ermənilər reallığı qəbul edib təxribatdan çəkinməlidir".
Rahib Ələsgərov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


