Qarabağ
İran Qarabağda diversiya hazırlayır - Ekspert DETALLARI AÇIQLADI
“Sonuncu dəfə Qarabağa qanunsuz keçən 14 nəfər İran vətəndaşının 12-si Xuzistan vilayətinin İzeh şəhərindəndirlər. Orada yaşayan əhalinin əksəriyyətinin ermənilər təşkil edir və erməni dili olduqca məşhurdur. Həmin ərazidə hərbi diversantların hazırlandığı hərbi-təlim bazası var. Qarabağa daxil olan İran vətəndaşlarının məhz kəşfiyyat-diversiya qrupu olduğu istisna edilmir. Onlar erməni terrorçularına hərbi təlim verməklə yanaşı, həm də kəşfiyyat-diversiya fəaliyyətlərinə də imza ata bilərlər”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert hesab edir ki, güc strukturlarımız, xüsusi xidmət orqanlarımız onları nəzarətdə saxlamalı, fəaliyyətlərini izləməli, onların Azərbaycan ərazilərini tərk etmələrinə icazə verməməlidir: “Ərazilərimizə qanunsuz şəkildə girdiklərinə görə, onların yeri Azərbaycan həbsxanalarıdır. Bu halların bir daha təkrarlanmaması üçün biz ən qısa müddətdə Laçın dəhlizinə nəzarəti öz üzərimizə götürməliyik”.
Ə.Verdiyev bildirib ki, birinci Qarabağ müharibəsindən bu günə qədər İranın hərbi təhsil sahəsində Ermənistana dəstək verdiyi hamıya məlumdur.
“Hətta İran rəsmi səviyyədə Qarabağda mövcud olan erməni silahlı dəstələrin rəhbərləri və ASALA terror hərəkatının üzvləri ilə uzunmüddətli görüşlər keçirib, onları tərəf kimi tanıyıb. Zamanı gəldikdə isə onları Azərbaycana qarşı silahlandırıb təlimlər verir”, - deyə ekspert diqqətə çatdırıb.
Hərbi ekspertin sözlərinə görə, rus sülhməramlılarına ərazilərimizə giriş-çıxış nəzarətini etibar etməməliyik:
"Onlar Azərbaycanın milli və dövlət maraqlarına zidd fəaliyyət göstərirlər. Rus sülhməramlıları bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə əslində “nəzarət etmirlər”. Birgə bəyanat imzalandıqdan sonra bizim ərazilərimizə silah-sursat, diversantlar, Azərbaycan əleyhinə kampaniya aparan şəxslər, texnika və minalar daşındı. Söhbət son ildə istehsal olunan minalardan gedir. Belə bir halda bizə qətiyyən bu keyfiyyətlərə sahib olan və bu funksiyaları yerinə yetirən sülhməramlılar lazım deyil. Onlar sülhməramlıdan daha çox erməni terrorçularının məramlarına xidmət edənlərdir. Erməni dilində danışır, ərazilərimizə onların icad etdiyi saxta toponimlərlə xitab edirlər”.
Ayşən Rəhim
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var


















.jpg)


















.jpg)


