Qarabağ
Xankəndi yolunda yumşaq tədbirlərdən daha sərt addıma keçmək lazım gələcək - Detallar
25 dekabr tarixində Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçı rejim mitinq keçirib. Mitinq kütləvilik yaratmaq xarakteri daşıyıb. Sözügedən aksiyaya mümkün qədər çox insan cəlb etmək üçün əhaliyə dəfələrlə sərt xəbərdarlıqların edildiyi məlumdur. Həmin ərazidə yaşayan əhali buna maraqlı olmadığı üçün qondarma rejim insanları, şagirdləri pul, nəqliyyat və digər üsullarla aksiyada iştirak üçün təhrik edib.
Separatçı rejimin bu mitinq şousunu təşkil etməkdə məqsədi nədir?
Məsələyə münasibət bildirən deputat Elman Məmmədov deyib ki, getdikcə nüfuzunu itirən və küncə sıxılan qondarma rejimin separatçıları aksiyalara mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi düşüncə yaratmağa çalışırlar:

“Qoy etirazlarını bildirsinlər, boğazlarını yırtsınlar. Biz öz yolumuzla gedirik. Bundan əvvəlki aksiyalarda da o cinayətkar və quldur Vardanyan pul kisəsinin ağzını açıb ki, insanları mitinqlərə cəlb etsin. Təkcə Xankəndidə deyil, bütün bölgədən insanları, uşaqları cəlb etmək üçün pul paylayır. Bu yolda istifadə olunan nəqliyyat vasitələrini yanacaqla təmin edir. Belə bir deyim var ki, suda batan özünü xilas etmək üçün saman çöpündən yapışır. Onlar artıq dərk edirlər ki, Azərbaycan 44 günlük qələbə ilə başa vurduğu Vətən müharibəsində ərazilərinin böyük bir qismini ermənilərin tapdağından azad edib. Eləcə də separatçıların və cinayətkarların nəzarətində qalan ərazilərin azad edilməsi vaxtı çatıb. Bu, onların son nəfəsidir, çabalayırlar”.
E.Məmmədovun sözlərinə görə, Azərbaycan dinc etiraz aksiyalarını keçirməklə yolu kəsmək niyyətində deyil. Bu səbəbdən onların bizə qarşı irəli sürdükləri əsassız ittihamlar tamamilə absurddur.
“Düşünürlər ki, Azərbaycan gediş-gəliş yolunu bağlayıb. Beləliklə, bu yöndə etirazlarını bildirirlər. Əslində yolu bağlayan bizim dinc aksiya iştirakçılarımız deyil, rusiya hərbi kontinqentidir
Digər bir tərəfdən, bizə məxsus ərazidə etirazımızı bidirmək və haqqımızı tələb etmək hüququmuz var. Biz bununla yolu kəsmirik, dinc etirazlarımızla tələbimizi ortaya qoyuruq. Tələbimizin istiqaməti də məlumdur: 30 ilə yaxın bir vaxtda təbii sərvətlərimizin talan olunmasına qarşı tədbirlər görülsün!
Fransa kimi ermənipərəst dövlətlər və qurumlar ərazimizdə yaşayan 25-30 min erməninin dərdini çəkir ki, gedib-gələ bilmirlər, çətinlik çəkirlər. Amma 400 min insanın taleyi haqqında heç kəs düşünmür. Hansı ki, onlar blokada şəraitində yaşayırlar. Əgər haqdan, ədalətdən danışılırsa, bu nüans da nəzərə alınmalıdır”.
Deputat bildirib ki, göstərdiyimiz mübarizənin sonunda artıq yumşaq tədbirlərdən daha sərt tədbirlərə keçmək lazım gələcək. O hesab edir ki, ərazilərimizdə olan terrorçuların və separatçıların təminatının kəsilməsi üçün sərhəd-buraxılış məntəqələrinin qurulması zəruridir: “Nəzarət olsa, özbaşınalıqların qarşısı alınacaq. Ərazilərimizə kim gəlir, kim gedir, nə daşınır bunların hər biri məhz bizim iznimizlə həyata keçirilməlidir”, - deputat deyib.
E.Məmmədov rus sülhməramlılarının fəaliyyətinə və mövqelərinə də toxunub. O, qeyd edib ki, sülhməramlılar bölgəyə yerləşdirildikləri gündən bu yana yalnız qanunlarımızı pozmaqla məşğuldurlar:
"Görünən odur ki, onlar üçtərəfli razılaşmada qeyd olunan missiyadan fərqli istiqamətdə fəaliyyət göstərirlər. Təhlükəsizliyi təmin etmək üçün gəlmədikləri gün kimi bəllidir. Maraqlıdır, görəsən onarlara bu mandatı, icazən və ixtiyarı kim verib?”
Ayşən Rəhim
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır







































