Qarabağ
Bakı Qarabağda erməniləri hər şeylə təmin edəcək, sonra... – Kazinyanın proqnozu
“Təsəvvür edin ki, Azərbaycan Qarabağdakı erməni əhalisinin qazını, yanacağını, benzinini, dizelini yarı qiymətə verir, o cümlədən, ucuz ərzaq və ehtiyac olan hər şeylə təmin edir. Erməni əhalisi bu təklifi qəbul edəndən sonra, bölgədə hər şey tamamilə dəyişə bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun keçmiş deputatı Artur Kazinyan deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə belə hallar yaşanıb: “Böhranlı vəziyyətlərdə əhaliyə daha müsbət təklif verənlər qazanırlar. Azərbaycan da Qarabağda əhalinin ehtiyacı olan hər şeyi ya pulsuz, ya da ucuz qiymətə təklif edə bilər və ermənilər bunu qəbul edərsə, Ermənistan üçün fəlakət o zaman olacaq”.
Kazinyan qeyd edib ki, erməni əhalisi belə bir təklifi qəbul edəndən sonra nə Ermənistan hakimiyyətin, nə də Qarabağdakı hakimiyyətin (separatçı rejim) əlindən heç nə gəlməyəcək.
Qeyd edək ki, Azərbaycan Qarabağdakı erməni əhalisinə bütün lazımi ehtiyacların ödənilməsi ilə bağlı müraciət edib. Əhali separatçı rejimin təzyiqinə görə bu təklifə hələ ki, reaksiya verməsə də, sonrakı mərhələdə müsbət cavabın olacağı ehtimalı da var.
Asif
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı








































