Qarabağ
Komitə sədri: “İndi növbə Xankəndinindir”
“Arayışda xüsusi olaraq qeyd olundu ki, layihə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluğunun inkişafı istiqamətləri sırasında Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin gücləndirilməli olduğu tələbinə söykənərək, hazırlanıb. Lakin fikrimizcə, Fəaliyyət Planının “Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi” müddəası daha çox indi, məhz 2022-ci ildə geniş miqyas alıb. Ona görə də hazırki dəyişikliklər təkcə səlahiyyətlərin dəqiqləşdirilməsi və genişləndirilməsi mahiyyəti daşımır, həm də prezidentin son tarixi qərarlarını tamamlayır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc deyib.
İnsan hüquqları komitəsinin sədri bildirib ki, vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, Konstitusion islahatlar və birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib: “90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız Konstitusion dəyişikliklərlə mümkündür”.
Deputat deyib ki, prezidentin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir: “Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır. İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini Konstitusiya və qanunlara tabe olmasına, düşmənçiliyə son qoymasına imkan verəcək.
Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır. İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir. İndi dünyanın bölüşdürülməsi və mürəkkəb çağırışlar şəraitində idarəçilik sistemimiz çevik şəkildə dəyişir, yeni məmurlər və elita üçün güzəştsizlik, hesabatlılıq, sərt tələblər önə çıxır, xüsusi kasta və imtiyazlı təbəqə, oliqarxiyanın idarəçiliklə çulğalaşması kimi məfhumlar aradan qalxır. Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də hüquqi, siyasi və idarəçilik baxımından da bütövləşir.
Parlament bütün gücü və resurlarla hüquqi-siyasi islahatlara yüksək dəstək verir. İnanırıq ki, Qərbi Azərbaycan torpaqlarına dinc qayıdışı yeni milli ideologiya kimi irəli sürən prezident İlham Əliyevin rəhbərliyi altında Xankəndində keçiriləcək seçkilər, formalaşacaq qanuni idarəçilik strukturları ərazi bütövlüyündən siyasi-hüquqi bütövlüyə keçidi başa çatdıracaq. Xalqımızın çoxsərlik tarixində yalnız indi həm cənubun, həm şimalın, həm şərqin, həm də qərbin-bütün dünya azərbaycanlıların tək bir lideri var”.
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı








































