Xocavəndin ilk Şəhər Günündən FOTOLAR
Bizi izləyin

Art

Xocavəndin ilk Şəhər Günündən FOTOLAR

Xocavəndin ilk Şəhər Günündən FOTOLAR

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Publika.az xəbər verir ki, əlamətdar gün Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən qeyd olunur.

Şanlı Azərbaycan Ordusu tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən və 23 saat davam edən lokal antiterror əməliyyatının nəticəsi olaraq bölgədəki Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələr tərk-silah olunub.

Xankəndidəki separatçı qondarma rejimin varlığına son qoyulub.
Böyük Qayıdış proqramına uyğun olaraq, bu ilin 20 fevral tarixindən etibarən Xocavənd sakinlərinin doğma yurda qayıdışı həyata keçirilir.

Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, bu gün eyni zamanda Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. Hər iki tarixi gün münasibətilə Xocavənd şəhərinin mərkəzi parkı bayram ab-havasında bəzədilib.

Şəhər Günü ilə bağlı parkda təsviri sənət üzrə master-klas keçirilib.

Muzey Mərkəzinin təşkil etdiyi tədbirdə Xocavəndə qayıdan məktəblilər peşəkar rəssamların verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar əsasən Qarabağın təbii gözəlliklərini canlandırıblar.

Sonda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov balaca rəssamların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm