Qırmızı.az
Ali məktəblərə qəbul akkreditasiyanın nəticələrinə uyğun aparılacaq
Azərbaycanda ali məktəblərin ödənişli əsaslarla tələbə
qəbulu üçün plan yerləri ləğv edildikdən sonra təhsil müəssisələri
akkreditasiya prosesinin nəticələrinə əsasən tələbə qəbul edə
bilərlər.
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Trend-ə
bildirib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən,
ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri
tədricən ləğv ediləcək. Amma bununla bağlı son qərar
verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin
2016-2017-ci və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi
hələlik məlum deyil.
Hazırda bununla bağlı hazırlıq işlərinin aparıldığını deyən
C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin
ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi
istənilən sayda tələbə qəbul edə bilər.
Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil
sistemlərində bu model iki mühüm amil - ali məktəbin müəyyən dövlət
standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi
imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla
tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən
keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları
mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali
təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya,
kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris
olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək
üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar
nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən
öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.
C.Bayramov onu da qeyd edib ki, bu gün ali təhsil sistemində
plan yerləri 2 qayda üzrə formalaşır: “Bunlar dövlət sifarişi və
ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı
vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və
müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin
hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan
tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Cəmiyyətdə
belə bir fikir var ki, ödənişli və ödənişsiz təhsil var. Amma
ödənişsiz təhsil yoxdur, sadəcə olaraq, bu təhsilin xərcləri dövlət
tərəfindən ödənilir”.
C.Bayramov bildirib ki, ali təhsil müəssisələri 2010-cu ildən adambaşına maliyyələşdirmə sisteminə keçdikdən sonra onların gəlirlərinin əksəriyyəti təhsil haqqından formalaşır: “Ali təhsil müəssisələri iki əsas mənbədən gəlir əldə edirlər. Birincisi, dövlət sifarişi ilə qəbul olunan tələbəyə görə dövlət ali məktəbə pul ödəyir, ikincisi isə öz vəsaitləri hesabına oxuyan tələbələr şəxsi imkanları hesabına bu ödənişləri edirlər”.
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Ekologiya07:17Bu gün 25 dərəcə isti olacaq
























.png)

.jpg)





