Nazir müavini: “Bazarlarda qiymətlərə nəzarət olunması üçün elektron sistem yaradılıb”
Bizi izləyin

Qırmızı.az

Nazir müavini: “Bazarlarda qiymətlərə nəzarət olunması üçün elektron sistem yaradılıb”

Nazir müavini: “Bazarlarda qiymətlərə nəzarət olunması üçün elektron sistem yaradılıb”

“Kənd Təsərrüfatı nazirliyi bazarlarda qiymətlərin tənzimlənməsi üçün elektron sistem yaradıb”.


Publika.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, bu prosesdə Kənd Təsərrüfatı Nazirliyinin əsas funksiyası tənzimləmə və koordinasiyaetmədir: “Biz istehsalçıların bazara çıxış imkanlarını artırmalıyıq. Qiymətlərin tənzimlənməsi üçün Avropa İttifaqının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi xüsusi layihə hazırlayıb. Artıq bununla bağlı elektron sistem yaratmışıq. Yaxın zamanda bu layihəsinin təqdimatını edəcəyik”.


S.Talıbov qeyd edib ki, Bakıdakı bütün bazarlarda qiymətlər gündəlik olaraq izlənəcək: “İstehlakçıların bazara sərbəst çıxış imkanı yaradılacaq. Bununla həm təklif irəli sürənlərin, həm də tələbatçıların arzularını reallaşdırmaq mümkün olacaq”.


Nazir müavini kənd təsərrüfatı yarmarkalarının bölgələrdə də keçiriləcəyini diqqətə çatdırıb.


“Bildiyiniz kimi, uzun müddət ərzində kənd təsərrüfatı yarmarkaları keçirilməyib. Nazirliyin səyi nəticəsində bu bərpa olundu. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu cür yarmarkaların bölgələrdə də yaradılması üzərində iş aparılır. Lakin onu da bilməlisiniz ki, nazirlik birbaşa alqı-satqı prosesinə təsir etmir”, - deyə S.Talıbov bildirib.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm