Qırmızı.az
Dövlət sirri təşkil edən məlumatlarla işləmə qaydası dəyişdirildi
Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, “Vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri “Dövlət sirri haqqında” qanunun 23.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasın olub-olmaması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Baş Prokurorluq, daxili işlər orqanlarında Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirir.
Sənədə əsasən, vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.
Baş Prokurorluqda, Daxili İşlər Nazirliyində, Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası bu orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq ediləcək.
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarında dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası təhlükəsizlik orqanı tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiqlənir.
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto












.jpg)














.png)

.jpg)






