Vəhşicəsinə öldürülən Aytacın anası: “Bu, atasının üstünə balta ilə gedən canidir”
Bizi izləyin

Qırmızı.az

Vəhşicəsinə öldürülən Aytacın anası: “Bu, atasının üstünə balta ilə gedən canidir”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qız olan Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Çiyələm Hüseynova ifadə vermək üçün məhkəmə zalına dəvət edilib. O, oğlu barəsində ifadə verməkdən imtina edib.

Hakim bildirib ki, İzzətin atası Hafiz Hüseynov məhkəməyə teleqram vuraraq xəstə olduğunu bildirib və ifadə verməkdən imtina edib. Cinayət işində şahid qismində olan Orxan Axundov məhkəmədə iştirak etməyib. Hakim onun barəsində Xətai rayon polisinə sorğu göndəriləcəyini və məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarı açıqlayıb. Aytacın valideynləri təqsirləndirilən şəxsin ailəsi tərəfindən məhkəmədən kənarda təhqir olunduqlarını bildirib.

Hakim bildirib ki, bununla bağlı ona Nəsimi rayon Polis İdarəsinin müstəntiqi zəng edib. Hakim bu işin polis tərəfindən araşdırıldığını, məhkəməyə heç bir dəxli olmadığını qeyd edib.

Məhkəmə prosesi noyabrın 13-ə təyin olunub.

Bu zaman Aytac Babayevin anası üzünü jurnalistlərə tutub. O bildirib ki, onun qızı gələcəyin həkimi olacaqdı: “Bu cani mənim qızımı vəhşicəsinə öldürdü. Aytac imtahanlarda 600 bal yığırdı. Bu cani evdə atasının üstünə balta ilə gedib. Belə ailənin övladı da belə olar”.

Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonu Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm