Qırmızı.az
Magistratura iki yerə ayrılacaq - YENİLİK
Azərbaycanda “Təhsil haqqında” Qanuna dəyişiklik edildikdən sonra ali təhsilin magistratura səviyyəsində kadr hazırlığının iki istiqamətdə aparılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin Elm və Ali Təhsil Şöbəsinin müdir müavini Natiq İbrahimov “Trend”ə bildirib ki, hazırda Avropa təcrübəsinə müvafiq olaraq magistratura səviyyəsinin ixtisas və ya elmi-ixtisas (tədqiqat) istiqamətlərində təşkili üzrə işlər aparılır.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi üçün müvafiq orqanlara müraciət hazırlanıb: “Həmin müraciət qəbul olunduğu halda, biz magistraturanı iki istiqamətə ayıracağıq. Gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq”.
N.İbrahimov qeyd edib ki, tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək: “İxtisas magistraturasında təhsil alanlar üçün təhsil müddəti bir il nəzərdə tutulur. Onlar ixtisas üzrə magistr dərəcəsi alacaq, yalnız ixtisas üzrə mütəxəssis olacaqlar. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirəcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar”.
Nazirlik rəsmisinin sözlərinə görə, bir şəxsin eyni zamanda iki istiqamət üzrə təhsil alması mümkün olmayacaq. Amma hər iki istiqamət üzrə təhsil almaq istəyənlər ayrı-ayrı vaxtlarda təhsil alaraq hər iki istiqamət üzrə müvafiq diplom ala biləcəklər.
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA
















.jpg)


















