Qırmızı.az
Xəstə ölümündə günahlandırılan 81 yaşlı həkim İŞDƏN QOVULDU
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyi açıqlanıb.
Publika.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, komissiyanın rəyinə əsasən, əməliyyat zamanı ölən xəstənin vəziyyəti ağır olduğundan əməliyyatına qərar verilib. Əməliyyat zamanı müəyyən narahatlıqlar yaranıb və qanaxma başlayıb. Həkimlər qanaxmanı saxlamağa cəhd etsələr də, nəticəsiz qalıb.
Komissiyanın rəyinə əsasən, əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.
Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU































