Qırmızı.az
Şeyxdən imkanlı şəxslərə ÇAĞIRIŞ
Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasına gələrək? burada müalicə alan xəstələrə baş çəkib.
Trend-in məlumatına görə, Allahşükür Paşazadə Milli Onkologiya
Mərkəzinin direktoru Cəmil Əliyevlə birlikdə xəstəxanada müalicə
alan uşaqlara baş çəkib, onlara şəfa arzulayıb və hədiyyələr təqdim
edib.
Sonra QMİ adından onkoloji xəstəlikdən əziyyət çəkən 63 uşağın müalicəsi üçün bədənə dərmanı avtomatik qaydada proqramlaşdırılmış şəkildə yeritmək üçün 65 ədəd infuzomat və dərman yeridilərkən damarı hər dəfə deşməmək üçün 65 katetor tədqim edilib. Qeyd edilib ki, hər cihazın qiyməti təxminən 1500 manatdır. Bundan başqa QMİ sədri hər bir uşağa oyuncaqlar və noutbuklar da hədiyyə edib, onlara şəfa diləyib.
Şeyxulislam Allahşükür Paşazadə qeyd edib ki, onun üçün bu
xəstəxanada olmaq həm çox şərəfli, həm də çox çətindir: "Bu gün
burada gördüklərimdən çox təsirləndim. Allah bizi yaradıb. Allah
bəla da, onun çarəsini də göndərib. Mən Allahdan bütün xəstələrə, o
cümlədən onkoloji xəstələrə şəfa diləyirəm. Bu xəstəxanada xaricdə
gördüyümdən də yaxşı şərait yaradılıb. Bu, əlbəttə ki, Allahın
köməyi ilə və dövlət başçısının yardımı sayəsində olub".
Şeyxülislam bütün imkanlı şəxsləri xəstələrə yardım etməyə səsləyib: "Azərbaycanın imkanlı şəxslərini xəstə uşaqlara yardım etməyə çağırıram. Onlar az da olsa, utanmadan nə isə köməklik etsələr, biz cəmiyyətdə bu xəstəlikləri aradan qaldıra bilərik. Allaha dua edirəm ki, bu uşaqları analarının göz yaşlarına bağışlasın. Onlar göz yaşlarını məndən gizlətməyə çalışırdılar".
A.Paşazadə xəstəxanaya digərlərinə də nümunə olmaq üçün
gəldiklərini deyib. O, gələcəkdə imkan olduqca bu kimi aksiyaların
davam etdiriləcəyini bildirib.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı



































