Qırmızı.az
Dörd könüllü BNA-da işlə təmin olundu
Ölkəmizdə könüllülük hərəkatını genişləndirmək, cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına töhfələr vermək, eyni zamanda, dövlətimizin başçısının çağırışına müvafiq olaraq, könüllülər hərəkatını dəstəkləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramını 3 dəfə ardıcıl şəkildə icra edib. Gənclər arasında “Nəqliyyat Könüllüləri” proqramına maraq böyükdür.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, 2021-ci ildə icra edilən 3-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün 400 nəfər müraciət edib. Əvvəlki illərlə müqayisədə “Nəqliyyat Könüllüləri” proqramına müraciət edənlərin sayı iki dəfə artıb. Onlardan 33 nəfəri “Nəqliyyat könüllüsü” məzunu adını qazanıb və mükafatlandırılıb. Ötən il könüllülər üçün 10 təlim və təqdimat keçirilib, 5 səfər təşkil edilib. Hesabat dövründə könüllülərin iştirakı ilə 22 maarifləndirmə tədbiri keçirilib. Proqramda iştirak edən 4 nəfər könüllü Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin olunub. Fəallığı ilə fərqlənən 2 iştirakçı isə “İlin könüllüsü” adına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, hazırda 4-cü “Nəqliyyat Könüllüləri” proqramına könüllülərin qəbulu elan edilib.
Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 2022-ci il yanvarın 31-dək “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər.
Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə elektron poçt vasitəsilə bu barədə məlumat veriləcək.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)






