Qırmızı.az
Jurnalistlərin Şuşa səfəri ərəb mediasında - FOTO
Jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladığı reportaj Misirin nile.com və Əlcəzairin Alharir.info informasiya agentliklərində yayımlanıb.
Publika.az">Publika.az xəbər verir ki, yazıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərindən bəhs edilir.
Səfər çərçivəsində hazırlanan yazıda Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılır. Həmçinin erməni vandalizminin Şuşayada məscidlərə, tarixi abidələrə və digər obyektlərə verdiyi zərər ərəb oxucuların diqqətinə çatdırılır.
Bundan başqa, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Şuşada da məscidlərin erməni vandallığına, təhqirə məruz qalması və məscidlərin timsalında bütün islam dünyasının ermənilər tərəfindən təhqir edilməsi önə çəkilir.
Yazıda Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məscidlərimizin, eyni zamanda digər tarixi abidələrimizin əsaslı bərpası qeyd olunur.
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır









.jpg)



.jpg)



















