Qırmızı.az
Maşın alıb-satanlar hansı hallarda DYP-yə bank sənədi aparmalıdır? - EKSPERT AÇIQLADI
“Nağdsız hesablaşmalar haqqında” Qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən dəyişiklikdə avtomobillərin alqı-satqısı ilə bağlı da yenilik var. Qanuna əlavə edilmiş 3.4.10-cu maddədə deyilir ki, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər də bundan sonra nağdsız qaydada həyata keçirilməlidir.
Publika.az xəbər verir ki, bu fikirləri tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Q eyd edib ki, bu norma avtomobillərin satılmasının istənilən halında deyil, yalnız ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə satış zamanı ödənişin nağdsız qaydada, yəni bank vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. İxtisaslaşdırılmış qaydada avtomobil satışı isə avtomobillərin satışı üzrə hərraclarda, yaxud sahibkarlıq fəaliyyəti olaraq avtomobil satışı üzrə ixtisaslaşan, bu işlə kommersiya fəaliyyəti kimi məşğul olan fərdi sahibkarlar və ya hüquqi şəxslər tərəfindən avtomobillərin alqı-satqısı deməkdir:
"Başqa sözlə, avtomobillərin rəsmi təmsilçilərə aid avtosalonlardan, yaxud avtomobil satışı ilə məşğul olan fiziki şəxslərə və ya hüquqi şəxslərə məxsus salonlardan (yəni ticarət təşkilatlarından) alınması zamanı, habelə rəsmi komisyon müqaviləsi olmaq şərti ilə komisyon mağazadan, eləcə də hərracdan alınması zamanı hesablaşmalar nağdsız olacaq. Nağdsız ödəniş isə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməni (o cümlədən ödəniş kartları vasitəsilə), ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmaları, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmaları və nağd pulun birbaşa qaydada satıcının bank hesabına köçürülməsini nəzərdə tutur.
Beləliklə, ayrı-ayrı fiziki şəxslərin öz avtomobilini satması hallarına “Nağdsız hesablaşmalar haqqında” Qanunun həmin tələbi şamil edilməyəcək. Belə halda yenə də əvvəlki kimi alan və satan öz aralarında istənilən qaydada, o cümlədən nağd pulu bir-birinə birbaşa verməklə hesablaşa bilərlər. Avtomobillərin alqı-satqısının rəsmiləşdirilməsi qaydasında da heç bir dəyişiklik yoxdur. Bu iş əvvəlki kimi yenə də DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və ya regional şöbələrində heç bir bank sənədi tələb olunmadan icra ediləcək".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


