Qırmızı.az
Zəngəzur dəhlizi özbək “Vikipediya”sında - FOTO
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, habelə Naxçıvandan Türkiyəyə, Avropa ilə Mərkəzi Asiya və Çini birləşdirən Zəngəzur dəhlizi haqqında özbək dilində yeni məqalə yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizi Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxan, uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır. Bu dağ silsiləsinə Qarabağ yaylası arasında yerləşən əraziyə Zəngi dərəsi də deyilir. Məqalədə bildirilir ki, Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsi oldu.
10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığı vurğulanır. Yaradılan məqalədə Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə dəhlizlə bağlı məlumatların dünya mətbuatında öz əksini tapması xüsusi işıqlandırlır.
Məqalədə 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, ticari-iqtisadi münasibətlərlə bağlı məsələlər, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda bütün ölkələr arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər, habelə fotosurətlər yer alıb.
“Iqtisodiy afzalliklari: İqtisadi üstünlükləri” adlı məqalədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması qeyd olunub. Vurğulanır ki, layihə ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirən strateji və iqtisadi əhəmiyyət daşıyır və region ölkələri üçün əlavə üstünlüklər yaradır.
Yaradılmış məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin təməl daşını qoyması, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı və bu barədə fotoşəkillər verilir. Bundan başqa, bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi və Zəngəzur dəhlizinə dair fikirləri əks olunub. Özbək dilində yaradılmış “Zangazur yo’lagi” məqalə ilə https://uz.wikipedia.org/wiki/Zangazur_yo%E2%80%99lagi#Tog%E2%80%99li_Qorabog%E2%80%99da_urush_harakatlarini_to%E2%80%99xtatish_haqida linkdə tanış olmaq mümkündür.
Qeyd edək ki, Mərkəzin “viki” könüllüləri bir müddətdir ki, “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Könüllülər Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradırlar və əsaslı mənbələrlə redaktə edirlər. Xüsusilə, qrup bir neçə müddətdir ki, “Vikipediya”nın özbək dili bölməsində Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində effektiv işlər görülür.
Xatırladaq ki, mərkəz millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO