Qırmızı.az
Siyəzən sahibkarları ilə görüş keçirildi - FOTO
"Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri "Açıq mikrofon" aksiyası çərçivəsində Siyəzən şəhərində sahibkarlarla növbəti dəfə görüş keçiriblər.
Publika.az">Publika.az xəbər verir ki, Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev çıxış edərək bundan öncə keçirilən görüş zamanı daxil olan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birliyin baş direktoru Ruslan Əliyevin göstərişinə əsasən yenidən bu ünvanda aksiyanın keçirilməsinin vacibliyini vurğulayaraq yaranan, sahibkarları narahat edən məsələlərdə onlara köməklik ediləcəyini bildirib.
Sahibkarlıq subyektləri bu cür aksiyaların davamlı şəkildə təşkil edildiyi, yaranan problemlərin qısa zamanda həllini tapdığı üçün Birlik rəhbərliyinə təşəkkür ediblər.
Hər zaman olduğu kimi, "Səyyar qəbul otağı" sahibkarlarla yanaşı, vətəndaşların da ixtiyarında olub. Ağbaş, Kiçik Həmyə və Zarat kəndlərinin sakinləri də aksiya baş tutan ünvana üz tutublar. Onlar yeni yaşayış massivlərinin qazlaşdırılmasını Birlik rəhbərliyindən xahiş ediblər.
Görüşdə həmçinin Birliyin digər struktur bölmələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, bu, Siyəzən sahibkarları ilə təşkil olunan sayca 2-ci görüşdür. Bundan öncə, ötən il oktyabrın 28-i Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov sahibkarlarla görüşərək onların problemləri ilə maraqlanıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





