Qırmızı.az
Ərzaq məhsullarının bahalaşması keyfiyyətə təsir edəcək?
Ərzaq məhsullarının bahalaşmasına əsas səbəb kimi koronavirus pandemiyası göstərilir.
Bəs, bu bahalaşma keyfiyyətə təsir edəcəkmi?
src="/storage/files/upload/a8b39b0fb731f379b3a8ff83fc134c01688ef966.jpg" style="width: 477px; height: 318px;" class="fr-fic fr-dib fr-fil">
Məsələ ilə əlaqədar Publika.az-a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert Fuad Ağayev bildirib ki, qiymət artımının dolayı yolla keyfiyyətə təsiri ola bilər: “Çünki istehsalçılar daha çox məhsul satmaqdan ötrü onun tərkibinə daha asan başa gələn, primitiv formada hazırlanan xammal əlavə edəcəklər. Yəni, bu məsələdə cüzi dəyişikliklər ola bilər.
Qablaşdırma, etiketlənmə və qida təhlükəsizliyinin bütün mərhələlərinə riayət edən normal və böyük istehsalçıların istehsal etdiyi məhsullarda isə qiymət artımı müşahidə ediləcək. Çünki xammalın qiyməti qalxır və onlar öz təchizatlarını dəyişdirməyəcəklər. Dolların, benzinin dünyada bahalaşması kimi amillər ərzaq qiymətlərinə də təsirsiz ötüşməyəcək. Böyük müəssisələrdə qiymət artımı müşahidə olunsa da, keyfiyyətə təsiri olmayacaq. Amma orta və kiçik istehsalçıların məhsullarında keyfiyyət baxımından dəyişikliklər ola bilər”.
Ekspert vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının mətbəxə getməsi üçün lazım olan normativlərə 90% riayət olunmur: “Çünki kəndlinin bunun üçün maddi-texniki bazası yoxdur. Gigiyenik qaydalara - yuma, suda saxlama, soyuducu, temperatur rejiminə riayət edilməlidir. Bu, qida təhlükəsizliyi baxımından lazım olan qaydalardır. Temperatur rejiminə düzgün riayət edilməməsi insan səhhəti üçün təhlükəli olan amillərdəndir”.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)