Qırmızı.az
Tarixçilərdən Kərim Şükürovla bağlı məsələyə reaksiya
Mən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəhbərliyinin öz tabeliyində olan bir institut direktoru ilə mətbuat vasitəsilə danışmasını təəccüblə qarşıladım. Elmlər Akademiyası rəhbərliyinin Tarix İnstitutunun direktoru, görkəmli alimimiz Kərim Şükürova münasibəti elmdən uzaq bir haldır.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz AMEA rəhbərliyi ilə Tarix İnstitutunun direktoru Kərim Şükürov arasında yaşanan gərginlik barədə danışarkən deyib.
Boran Əzizin sözlərinə görə, baş verənlər Azərbaycan tarix elmi ilə yanaşı, bütövlükdə Azərbaycan elminə və ziyalılığına vurulan zərbədir:
“Biz belə münasibətə 37-ci il repressiyalarından bəhs edən materiallarda rast gəlirdik və müasir dövrdə belə qarşıdurmaya rast gələcəyimizi gözləmirdik. Təəssüf ki, bunun da şahidi olduq. Arzu edərdik ki, dövlət bu cür alimləri öz himayəsinə götürsün. Çünki belə ziyalıları Ramiz Mehdiyev kimi məmurların ümidinə buraxmaq olmaz. Kərim Şükürovu vicdanlı, prinsipial, istedadlı, Azərbaycan tarixinin vacib problemlərinə son dərəcə diqqətlə yanaşan bir alim kimi tanıyıram”.
B.Əziz qeyd edib ki, Kərim Şükürov elmdə mövcud olan marksizm-leninizm konsepsiyasının aradan qaldırılması istiqamətində çalışan, struktur islahatları aparan, yeni kadrlar formalaşdırmağa cəhd göstərən bir rəhbər olub.
Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova məsələ barədə məlumatsız olduğunu bildirib:
“Mən işin içində deyiləm və bildiyimə görə, Kərim Şükürovla AMEA vitse-prezidenti İsa Həbibbəyli görüşməli idi. Ona görə bu, daha çox Elmlər Akademiyasına aid bir məsələdir və işin təfərrüatına tam bələd olmadığım üçün heç bir açıqlama verə bilmərəm. Hər şey artıq Kərim Şükürovun özünün atacağı sonrakı addımlardan asılı olacaq”.
Qeyd edək ki, AMEA rəhbərliyi Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.
Ondan qabaq AMEA-nın iclasında qurumun prezidenti Ramiz Mehdiyev Tarix İnstitutunun rəhbərliyini sərt tənqid edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)






