Qırmızı.az
“Omikron”la bağlı Azərbaycan əhalisinə müraciət edildi
Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib.
Publika.az">Publika.az xəbər verir ki, nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirus infeksiyasına qarşı ən yüksək müdafiənin peyvənddən sonra yaranan anticisimlərin verdiyini xatırladıb.
O qeyd edib ki, “Omikron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər: "Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda “omikron”-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron” ilə təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
