Qırmızı.az
Komitədən Zeynəb Cavadlı ilə bağlı AÇIQLAMA
Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərindən biri ilə evli olmuş azərbaycanlı gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı fevralın 9-da Dubayda baş tutacaq məhkəmə qarşısına çıxarılacaq. O, məhkəməyə keçmiş əri, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl Məktum tərəfindən verilib. Onun məhkəmə iddiasında 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi göstərilib.
Vaxtı ilə Azərbaycanı dünya səviyyəli idman yarışlarında təmsil edən gimnastımız Zeynəb Cavadlının övladlarının əlindən alınması təhlükəsi ilə üz-üzə qalması sosial şəbəkələrdə müzakirə olunur.
Publika.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı açıqlama alıb.
Komitənin hüquq-təminat şöbəsinin rəhbəri Asif Mustafayev bildirib ki, bu halda Zeynəb Cavadlıya yalnız Ədliyyə Nazirliyi hüquqi yardım göstərə bilər:
“2007-ci ildə Azərbaycan cinayət işlərilə bağlı Birləşmiş Ərəb Əmirlikləri ilə müqavilə imzalayıb. Bu müqavilədə bütün mülki məsələlərlə bağlı prosedur açıqlanıb. İstər bizdə, istərsə də Ərəb Əmirliklərində mülki işlər üzrə mərkəzi icraçı orqan kimi Ədliyyə Nazirliyi müəyyən olunub. Odur ki, bütün prosedur nazirliyin vasitəsilə həyata keçirilir. Ümumiyyətlə, bu müqavilə Azərbaycanın əksər dövlətlərlə bağladığı ikitərəfli müqavilə ilə eynidir.
Əgər hər hansı ziddiyyət yaranarsa, həmçinin konsulluq məsləhətləşmələrindən istifadə etmək olar. Hər bir halda komitənin bu məsələyə müdaxilə səlahiyyəti çatmır. Zeynəb xanım tərəfindən komitəyə müraciət olunmayıb. Ümumiyyətlə, qayda belədir ki, hər hansı məsələ ilə bağlı iş məhkəmədə icraatdadırsa, hansısa digər quruma sorğu göndərmək, yazışmalar aparmaq olmaz. Müraciət etsək də, bu müraciət qəbul olunmayacaq. Sorğu göndərilməsinə və yazışmalar aparılmasına qanun yol vermir.
Zeynəb xanımın işi müqaviləyə əsasən, Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə təqdimat vasitəsilə həyata keçirilir. Əgər bura müraciət daxil olubsa, müvafiq addımlar atacaqlar. Müqaviləyə əsasən, Zeynəb Cavadlı ümumi qaydalarla məhkəmə prosesində vəsatət qaldıra və ya etiraz bildirə bilər. Müvafiq qurumlardan hansısa sübutlar təqdim edə bilər. Hazırda məsələ odur ki, Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərindədir, odur ki, bütün prosedur oranın qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Buna baxmayaraq, Azərbaycanın Ədliyyə Nazirliyi həmin qanunvericiliyə əsaslanaraq hüquqi yardım göstərə bilər. Məhkəmənin nəticəsinin ədalətli olub-olmayacağını isə təbii ki, indidən deyə bilə bilmərik. Hakim və məhkəmənin işinə heç kim müdaxilə edə bilməz”.
Komitənin eksperti qeyd edib ki, əgər məhkəmədə Şeyx Səid Əl Məktum qalib gələrsə, növbəti mərhələdə uşaqla ünsiyyət qaydası müəyyən olunmalıdır: “Bu da uzun bir prosesdir. Z.Cavadlı məhkəmədə qalib gəlməzsə, yuxarı instansiya qalır, ora müraciət edə bilər”.
Qeyd edək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.
Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ



















.jpg)













.jpg)

