Qırmızı.az
DYP-dən sürücü və sərnişinlərə vacib XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə xəbərdarlıq edib.
Publika.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Yol-nəqliyyat hadisələri içərisində diqqət çəkən məqamlardan biri də bu və ya digər səbəblərdən nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayandırılması zamanı öz təhlükəsizliklərinə biganə yanaşan sürücü və ya sərnişinlərin sol tərəfdən qapını açıb yerə düşərkən diqqətsizliyə yol vermələri və ona görə də ağır qəzaların qurbanlarına çevrilmələridir.
Hava və yol şəraitinə, məhdudiyyətli görünməyə, sutkanın işıqlı yaxud qaranlıq olmasına, nəqliyyatın hərəkət şiddətinə əhəmiyyət vermədən bir müddət avtomobili idarə etdikdən sonra yolun hərəkət hissəsində saxlayıb dərhal yerə düşən sürücülər, eləcə də sol tərəfdən avtomobildən düşən sərnişinlər, təəssüf ki, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını hansı təhlükəyə atdıqlarının fərqində olmurlar.
“Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu tələb sürücülərlə yanaşı sərnişinlərə də şamil olunur. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən insanların ölümü və ya xəsarət alması nəticələnən onlarla yol-nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətinə çatdırır və hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən ehtiyatlı olmağı, qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


