Qırmızı.az
Telman İsmayılov bu müğənnini əlindən öpməyə MƏCBUR EDİB
Moskvanın Presnenski Rayon Məhkəməsi müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı işə baxmağı davam etdirir. İclasda cinayəti araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəlilləri dinlənilib. Onlar "AST" qrupunun rəhbəri ilə müğənni arasındakı münasibətdən danışıblar. İstintaqın məlumatına görə, iş adamı Telman İsmayılov Russonu dəfələrlə ələ salıb, təhqir edib.>
Publika.az">Publika.az xəbər verir ki, bu haqda Rusiyanın "FAN" agentliyi məlumat yayıb.
Müstəntiqlər bildiriblər ki, İsmayılov Avraam Russo ilə çox kobud rəftar edib, onu aşağılayıb, əllərini öpməyə məcbur edib, şəxsi məclislərdə dostları üçün mahnı oxutdurub. Oğurlanan gün mühafizəçilər sənətçini huşunu itirənə qədər döyüb, əməkdaşlığa məcbur ediblər. Tibbi sənədlərə görə, müğənni ciddi bədən xəsarəti alıb: ona burun sınığı, kəllə-beyin travması və çoxsaylı qançırlar diaqnozu qoyulub. Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov adam oğurluğu işində əsas təqsirləndirilən şəxsdir.
“Bütün bunlar sübut edir ki, Mərdanova hər hansı böhtan atılmasından söhbət gedə bilməz”, - Avraam Russonun vəkili Andrey Aleşkin "FAN"-a açıqalamasında təsdiqləyib.
Xatırladaq ki, müstəntiqlərin fikrincə, 2004-cü ildə Telman İsmayılov Zaur Mərdanov, Tarxan Eldukayev, Əliyar Dəmirov və Vladimir Qusakovla əlbir olaraq uzaqgörən bir bəhanə ilə Avraam Russonu Moskvadakı “Praqa” restoranına gəlməyə şirnikləndirib. Onu orada saxlayıblar və İsmayılovla prodüser kimi iş müqavilələri bağlamağa məcbur ediblər. Bundan sonra onu Moskva vilayətindəki iş adamının evinə aparıb və Russo bütün tələblərlə razılaşana qədər bir sutka da orada saxlayıblar. ( Moderator.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
