Qırmızı.az
Bu fərmanın davamı olacaq - Ekspert
Bakı Nəqliyyat Agentliyinin (BNA) taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi. Bu gün verilən fərmanın davamı da olacaq, yəqin ki. Çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var.
Publika.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib.src="/storage/files/upload/aeb66df868412d100a1394431b8fd98e7be0736a.jpg" style="width: 696px; height: 522px;" class="fr-fic fr-dib fr-fil">
O bildirib ki, bu qurum üçün ən uyğun olmayanı dayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir: "Ehtimal edirəm ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək. Bu gün verilən fərman BŞİH tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını qismən də olsa, göstərir:
1) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində həyata keçirilən fəaliyyət;
2) Ümumi istifadədə olan nəqliyyat vasitələrilə müntəzəm sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət;
3) Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət.
Qeyd edilənlərdən başqa, yeni formatda BNA paytaxtda müasir mobilliyi, şəhər mühitinin yenilənməsini, "hər şey avtomobillər üçün" prinsipindən "hər şey insan üçün" prinsipinə keçidi tədricən təmin etməlidir.
Sözsüz ki, söhbət bu sahələrdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək. Hər bir halda ümid edək ki, işlər yaxşılığa doğru gedəcək".
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)