Qırmızı.az
DİM-dən imtahanlarla bağlı şikayətlər haqda AÇIQLAMA
Cari ilin 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (XİN) Diplomatik Xidmətə qəbulla bağlı keçirilən imtahanın nəticələrindən bir çox namizəd narazıdır.
Publika.az">Publika.az xəbər verir ki, Diplomatik Xidmətə qəbulla bağlı keçirilən imtahanda iştirak edən namizədlər balların hesablanması və yekun nəticə ilə bağlı bir sıra aidiyyəti dövlət orqanlarına şikayət məktubu ünvanlayıblar.
Redaksiyamıza göndərilən həmin şikayət məktubunda bildirilir ki, DİM tərəfindən 11.01.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara (https://dim.gov.az/news/7775/) əməl olunmayıb və nəticədə bir çox namizəd imtahandan kəsilib. Şikayətçilər iddia edirlər ki, esse tapşırıqlarına dair verilən şərtlərin V hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulub və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilib. (https://eservices.dim.gov.az/2022/netxin/?frm=egov). Həmçinin, imtahan nəticələri açıqlanana qədər DİM tərəfindən heç bir rəsmi informasiya vasitələrindən xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 bal) tətbiq olunacağına dair məlumat verilməməsi iddia olunur.
Narazı olan namizədlər DİM tərəfindən yuxarıda adı çəkilən imtahan nəticələrinin bu qurumun rəsmi səhifəsində 11.01.2022-ci il tarixində paylaşılan şərtlər (https://dim.gov.az/news/7775/) əsasında yenidən hesablanmasını tələb edir. Namizədlər Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun IV maddəsinin 4.1.6. bəndinin (dövlət qulluğuna qəbulun şəffaflığı) kobud şəkildə pozulduğu bildirir və hüquqi çərçivədə araşdırılaraq nəticələrinin ləğv olunmasını tələb edirlər.Publika.az">
Publika.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzi yaranan narazılığa münasibət bildirib: “23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib. İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçmişdi. 18 nəfər imtahana gəlməyib. Beləliklə, imtahanda 460 nəfər iştirak edib. Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, XİN-də diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub - test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər 3 hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dillə yanaşı, dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər 3 hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.
100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50 faizdirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır”.
Əlavə olaraq, DİM-dən bildirilib ki, artıq quruma yazılı şəkildə müraciət edən bir qrup imtahan iştirakçısının müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...