Qırmızı.az
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
Bu gün, 8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib.
Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatda iddia olunur ki, toplantıda Ramiz Mehdiyev istefa verəcək. Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi də bildirilir.
Qeyd olunur ki, AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir. Bu baxımdan hətta Ramiz Mehdiyev həmin gün istefa versə belə, Arif Həşimov səlahiyyətlərin icraçısı ola bilər.
Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə gəlib. Bundan sonra qurumda baş verən korrupsiya və pulla diplom alınması haqda məlumatlar mətbuatın gündəminə çevrilib. Elə Ramiz Mehdiyevin özünün də pulla diplom alması məsələsi diqqət mərkəzinə gəlib. 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi pulla akademik diplomu almaqda ittiham etmişdi.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)

















.jpg)

.jpg)