Qırmızı.az
Dünya erməniliyi gücünü bu yöndə səfərbər edib - Professor
STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfransda "Ölkəmizə qarşı qlobal dezinformasiya şəbəkəsində erməni faktoru" adlı məruzə ilə çıxış edib.
Publika.az xəbər verir ki, çıxışda ermənilər, erməni diasporu, çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər, Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması faktlar əsasında təqdim edilib.
STM rəsmisi qeyd edib ki, son 30 ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyi Qarabağda məğlubiyyətdən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər edib: "Onların əsas məqsədinin Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə hibrid informasiya müharibəsi və saxta xəbərlərlə "demonizasiyası", informasiya məkanında nüfuzdan salmağa cəhd etməsi, ölkə daxilində 5-ci kolonu səfərbər etməklə ictimai rəyi manipulyasiya etməsi, zəfərimizin təməl şərtlərindən olan ictimai-siyasi sabitliyimizi pozmaq yönündə yeni üsullara əl atması ətraflı təhlil edilib".
T.Allahyarova bildirib ki, qlobal anti-Azərbaycançı şəbəkənin miqyası, bir tərəfdən dünya güclərinin dəstəyinə, bütün ölkələrdə dayaq nöqtələrinə, yüksək mütəşəkkilliyə, nəhəng siyasi, iqtisadi, texnoloji resurslara malik olması, dövlətimizə qarşı gecə-gündüz aparılan aşkar və gizli fəaliyyəti şəraitində Müzəffər Ali Baş Komandanın hərbi sərkərdəliyi və siyasi liderliyi altında xalqımızın Vətən müharibəsində qazandığı zəfərin möcüzəyə bərabər strateji əhəmiyyətini, tarixi dəyərini, xalqımızın bu şəbəkənin bütün hədəfləri üzərindən xətt çəkərək qalib çıxmağa qadir olmasının bütün möhtəşəmliyi ilə sübut edir: "Digər tərəfdən, mövcud vəziyyət bütün potensial və resurslarını yüz dəfələrlə artırmaqla revanş götürməyə cəhd edən məğlub qüvvələrin apardığı və planlaşdırdığı yeni təhdidlərə bizim hər zaman hazır olmağımızı çevik və anında veriləcək cavab addımlarının atılması ilə bağlı fəaliyyət həyata keçirməyimizi diktə edir".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


