Qırmızı.az
Erməni lobbisi bu məsələdən ustalıqla istifadə edir - Prorektor
Araşdırmada Vətən müharibəsində döyüş meydanında məğlubiyyətdən sonra bütün gücünü informasiya müharibəsinə səfərbər edən "qlobal erməni milləti" faktoru konkret şəxslər və təşkilatlar nümunəsində əksini tapıb.
Publika.az-ın məlumatına görə, konfransda "Pandora sənədləri" üzərindən dünya ermənilərinin Azərbaycana qarşı çoxşaxəli fəaliyyətinin daha da genişlənməsi, araşdırmaçı şəbəkənin rəhbərliyi və üzvləri sırasına sızmaları təhlil edilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "Cəmiyyətdə rəqəmsal savadlılıq və dezinformasiyaya qarşı mübarizədə onun əhəmiyyəti" mövzusuna toxunaraq qeyd edib ki, müasir dövrdə yalan xəbərlər və feyk məlumatlar sosial şəbəkələr vasitəsilə çox sürətlə yayılır: "Oxucular bəzən bu materialları doğru məlumatlardan ayrıa bilmirlər. Erməni lobbisi bu məsələdən çox ustalıqla istifadə edir. Düşünürəm ki, xüsusilə gənclərlə bağlı bu sahədə məxsusi işlər aparılmalıdır. STM xətti ilə ərsəyə gələn müxtəlif analitik materiallar gənclərin siyasi fikrinin formalaşmasında, informasiya ilə düzgün təminatında mütləq nəzərə alınmalıdır. Çünki feyk mənbələrin aşkar edilməsində gənclər xüsusi rol oynamaqla, bu prosesə mühüm töhfələr də verə bilərlər".
Siyasi şərhçisi, tanınmış jurnalist Nurani "Jurnalistika və "fake news" - reallıq və media siyasətinin bəzi məsələləri" mövzusuna toxunaraq bildirib ki, təəssüf ki, kütləvi informasiya vasitələrinin ictimai institut olaraq formalaşması ilə sinxron olaraq dezinformasiya da yarandı: "Siseronun sözləri ilə desək, səhv etmək insana xas xüsusiyyətdir, lakin yalnız ağılsızlar öz səhvləri üzərində israr edirlər, o ki qaldı dezinformasiyaya, onlar "insan faktoru"nun, fəaliyyətin qaçılmaz nəticələridirlər. Ümumiyyətlə, feyk xəbərlər dezinformasiyalardan köklü şəkildə fərqlənirlər. Dezinformasiyalar diqqətsizliyin, yaxud xoşniyyətli insan yanılmasının nəticələridir. Feyklər isə tamamilə anlaşıqlı formada, xüsusilə siyasi kampaniyaların bir hissəsi kimi, tamamilə gələcəkyönümlü məqsədlər daxilində dövriyyəyə buraxılır. Bunun ən ciddi nümunələrindən biri olaraq Vətən müharibəsi dövründə erməni təbliğatı göstərilə bilər. Bu dövrdə onlar dezinformasiya yayaraq həm öz auditoriyasını çaşdırır, həm Azərbaycan auditoriyasinda gərginliyi artırmağa çalışır, həm də dünya ictimaiyyətini yanlış yerə yönləndirirdi”.
Hesabatda "insan hüquqları" sahəsində beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətinin dərindən araşdırılması, erməni faktorunun burada da kök salması, maskalanması və olduqca fəallaşması faktlar əsasında göstərilib. Ermənistanın yeni bəyan etdiyi milli rebrendinq - "Ermənistan kiçik dövlət, qlobal millətdir" devizini həyata keçirmək yönündə sözügedən qlobal şəbəkədə Vətən müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra dünya erməniliyinin: ermənilər, erməni diasporu, çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər, Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması əsaslandırılıb.
Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov vurğulayıb ki, hibrid təhdidlər əsrində informasiya ilə davranış beyin mərkəzləri üçün xüsusi fəaliyyət sahəsi müəyyənləşdirir: "Kommunikasiya siyasəti bu şəraitdə daxili və xarici istiqamətlərdə müəyyən edilir. İnformasiya mənbələri ilə iş prinsipləri mühüm əhəmiyyət kəsb edir ki, mütləq burada daxili və xarici auditoriyaya düzgün məlumatların çatdırılması, mif və stereotiplərin ziyanlarını hesablamaq vacib məsələ kimi çıxış edir".
-
Ekologiya07:17Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Magazin206:16Yeni imici ilə göz oxşadı - “Hiss edirəm, çox gözəl şeylər olacaq”
-
MDB05:45Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
-
ABŞ04:14Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Avropa00:30İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu - FOTO
-
Magazin100:15Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - VİDEO



















.jpg)







.jpg)








